Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda vətəndaşların həkim müayinəsindən keçirilməsinin təmin olunması məqsədilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının nəzdində xüsusi qərargah yaradılmışdır

04 fevral 2014 | 16:00

Azərbaycan Respublikası Prezident Adminstrasiyası tərəfidən 06.01.2014-cü il tarixli məktuba əsasən Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Şəmkir rayonunda vətəndaşların həkim müayinəsindən keçirilməsinin təmin olunması məqsədilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının nəzdində xüsusi qərargah yaradılmışdır.  Şəmkir rayon Mərkəzi Xəstxanası  tərəfindən Rayon  idarə, müəssisə, təşkilatların və  Şəmkir Rayon İcra Başçısının İnzibati Ərazi dairələr üzrə nümayəndəliklərinin əhalisinin dövri tibbi müayinə qrafiki hazırlanaraq,  Şəmkir Rayon İcra hakimiyyətinə təqdim olunmuşdur. Vətəndaşların xəstəxana və yerlərdə müayinəsinin səmərəli təşkil olunması üçün tərkibində müxtəlif ixtisas həkimlərindən ibarət  (həkim-terapevt, həkim-pediatr, həkim-cərrah, həkim mama-ginekoloq, həkim-oftalmoloq və digər.)   1 stasionar,  2 səyyar həkim briqadaları fəaliyyət göstərir.
Ilkin olaraq, 03.02.2014 – cü il tarixində Şəmkir şəhər Poliklinikasında C.Rüstəmov adına tam orta məktəbin və ŞəmkirRayon DYM İdarəsinin kollektivi müayinədən keçmişdir. Eyni zamanda bu gün,  Bayramlı kəndində səyyar həkim qrupu tərəfindən 150-ə yaxın kənd sakini müayinə olunmuşdur. Profilaktik müayinələrin gedişi zamanı aşkar edilmiş xəstələrin təkrari müayinəsi üçün, eləcə də ehtiyacı olanların stasionar müalicəsi məqsədi ilə tibb müəsisə rəhbərləri tərəfindən  lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.  Əhalinin dövrü tibbi müayinədən keçməsinin müntəzəm olaraq aparılması planlaşdırılmışdır.

Keçidlər