Şriftin ölçüsü :

Saytın rəngi :

01 fevral 2014-cü il tarixində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayon gəncləri ilə görüşü keçirilmişdir

02 fevral 2014 | 16:00

. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidə kompleksi  önünə tər qızılgüllər  qoymuşlar.  Əhməd Cavad adına Mədəniyyət Mərkəzndə baş tutan tədbirdə 450 nəfər fəal gənc iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Şəmkir gənclərinin bayram münasibətilə təbrik etdi və dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı. Daha sonra Rayon İcra Hakimiyyəti  Başçısının müavini Sona Əliyeva öz çıxışında son on ildə gənclərə dövlətin gənclər siyasəti ilə bağlı həyata keçirdiyi dövlət paroqramları və fəaliyətləri, gənclərin dövlət qurumlarında təmsil olunması və “Gənclər üçün Prezident mükafatı”nın təsis olunması haqqında ətraflı məlumat verdi. Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlov 2013-cü ildə Şəmkir Rayon Gənclərinin fəaliyyəti və uğurlu nəticələri ilə bağlı hesabat məruzəsi etdi.

       Tədbirdə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin rəisi, polkovnik Həsrət  İsmayılov, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov, Şəmkir şəhər Poliklinikasının həkimi  Aybəniz Hüseynova, Dəllər Cırdaxan kənd tam orta məktəbinin tarix müəllimi Elnarə Rəsulova, Taekvando üzrə Respublika birincisi Elnarə Qafarova çıxışlarında Gəncləri təbrik etdilər və Dövlət Gənclər siyasətinin uğurlarını qeyd edərək ,gənclərə göstərilən xüsusidiqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

     Tədbirin sonunda ötən  il müxtəlif sahələr üzrə uğur qazanan fəal gənclər fəxri fərman və mükafatlara layiq görülmüşdür.

Keçidlər