Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə qaz sisteminin yenidən qurulmasına başlanılmışdır

16 avqust 2012 | 15:00

 Şəmkir rayonunda qaz sisteminin yenidən qurulmasına başlanılmışdır. Uzun illər istismar edilən və yararsız vəziyyətə düşən dəmir boruların polietilen borularla əvəz edilməklə yerin altına salınması prosesinə start verilmişdir.
Rayon qaz-istismar sahəsindən AzərTAc-a bildirmişlər ki, indiyədək ümumilikdə üç min metrə qədər xəndək qazılmış, iki min metrə yaxın polietilen qaz borusunun yerin altına salınması təmin edilmişdir. Daşıyıcı qaz borularının yerin altına salınması prosesi başa çatdırıldıqdan sonra rayonda ilk dəfə abonentlərin mənzillərinə “smart-kart” tipli qaz sayğaclarının quraşdırılmasına başlanılacaqdır.

Keçidlər