Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Şəmkirdə bol üzüm yetişdirilmişdir

31 avqust 2012 | 15:00

Bu il Şəmkirdə bol üzüm yetişdirlmişdir. Hazırda rayonda 526 hektar üzüm bağı vardır. Üzüm plantasiyalarının təxminən 200 hektarı son iki ildə salınmışdır.
Rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu mövsümdə rayonda 22 min ton məhsul tədarük olunması nəzərdə tutulmuşdur. İndiyədək 21 min tondan çox məhsul yığan bağbanlar üzüm tədarükünü sentyabrın sonunadək davam etdirəcəklər.

Keçidlər