Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

  • Dəllər qəsəbəsində 10 min tonluq rayonlar arası kübrə bazası “Aqroliznq” tərəfindən tikilib istifadəyə verilmişdir.
  • Şəmkir rayon Yeni Həyat  kəndində  Şəmkir quşçuluq fabriki.
  • Rayonda 1515 hektar sahəni əhatə edən 7915 ədəd istilikxanada faraş tərəvəz (pomidor, xiyar və s) yetişdirilir.
  • Şəmkir çayı üzərində su anbarı və kiçik SES-nin tikintisinin başa çatdırılmışdır.
  • Şəmkir rayon Sarıtəpə kəndində Qızıl gül istehsalı müəssisəsi “Azaqro” MMC
  • Rayonun bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bütün elektrik enerjisi istehlakçıları sayğacla təchiz edilmişdir.
  • Rayonun 1 şəhər, 4 qəsəbə 45 kəndin təbii qaz təchizatı bərpa olunmuşdur. Rayon əhalisinin 95%-i təbii qazla təmin olunmuşdur.
  • Rayonun bütün yaşayış məntəqələri stansionar telefonla təmin olunmuşdur. ATS- lər elektronlaşmışdır. Hazırda rayonda ümumi tutumu 7504 olan 30 EATS fəaliyyət göstərir ki, onların istifadə tutumu 1900 nömrə təşkil edir. Şəhər əhalisi ADSL surətli internet şəbəkəsi ilə təmin olunmuşdur.
  • Rayon ərazisindən 42 km magistral İpək yolu və dəmir yolu keçir. Yolların ümumi uzunluğu 1529.3 km, yolların sahəsi 13021615 kv.m-dir. Yollar III –IV dərəcəlidir.

Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar aşağıdakılardır.

  • Şəmkir şəhərinin içməli su və kanalizasiya sisteminin qurulub başa çatdırılması
  • 3 yaşayış məntəqəsində (Qaralar, Bayramlı və Muxtariyyə kəndləri) təbii qaz çəkilişinin başa çatdırılması
  • Şəhər, qəsəbə və kəndlərdə asfaltlaşma işlərinin aparılması
  • Yeni məktəb və səhiyyə obyektlərinin tikintisi.

 

Keçidlər