Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin ən uğurlu istiqamətlərindən biri olan İdman Siyasəti bu gün ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da xüsusi diqqət və qayğı ilə əhatə olunmuşdur.

2017-ci ildə Şəmkir rayonu ərazisində Gənclər və İdman İdarəsi Aparatında 7 nəfər olmaqla idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbində təşkil olunmuş boks, taekvando, sərbəst güləş, Yunan-Roma güləşi və futbol üzrə təşkil olunmuş 67 qrupda 813 nəfər şagirdin təlim tərbiyəsi ilə 35 məşqçi müəllim məşğul olur.

Gənclərin cəmiyyətin bütün sahələrində fəallığını təmin etmək, onların vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə Şahin Hərbi İdman Oyunlarının keçirilməsinə nəzarət gücləndirilmişdir. 2015/2016-cı tədris ilində Şəmkir rayonunun bütün məktəblərində oyunların seçim mərhələsi, rayon birinciliyi çox ciddi nəzarətlə keçirilmiş və bunun nəticəsi olaraq, Şəmkir ilk dəfə zona yarışında birinci yerin qalibi olmuşdur. 

Şəmkir Güləş Məktəbi 2003-cü ildən rayonun yeniyetmə və gənclərinin istifadəsinə verilmişdir.

 

Şəmkir Olimpiya İdman Kompleksi 2009-cu il mayın 25-də istifadəyə verilib. Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 682 tamaşaçı tutan zalda elektron tablo quraşdırılıb. Burada digər idman növləri üçün də meydançalar var. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilib. Əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası vardır. Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılmışdır.

Rayonun Kür və Zəyəm qəsəbələri ərazisində yeni istifadəyə verilmiş idman meydançaları da rayonumuzda gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə xidmət edir.

Rayonumuzun idmançıları həm respublika həm də  beynəlxalq səviyyədə keçirilən istənilən idman yarışında böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər.
Şəmkir rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələrinin  qazandığı nailiyyətlər buna əyani sübutdur.

 

Sərbəst güləş üzrə

1. Həsənov Elçin Nazim - Respublika Çempionatı - Bakı-2011 -I- yer.

2. Məmmədov Elçin Ələsgər - Yeniyetmələr arasında Avropa Birinciliyi - Polşa-2011 -I- yer.

3. Məmmədov Elçin Ələsgər- Yeniyetmələrin Dünya Birinciliyi - Macarıstan-2011 -III- yer.

4. Məmmədov Coşqun - Yeniyetmələr arasında Avropa Birinciliyi - Polşa-2012 -II- yer.

5. Məmmədov Coşqun - Yeniyetmələr arasında Dünya Birinciliyi - Bakı-2012 -I- yer.

6. Məmmədov Coşqun - Dünya Birinciliyi - Xorxov-2012 -I- yer.

7. Məmmədov Coşqun - Avropa Birinciliyi - Kiyev-2012  -II- yer.

8. Məmmədov Rakif  Etibar - Azərbaycan Çempionatı - Bakı-2013 -I- yer.

9. İsgəndərov Namaz - Yeniyetmələr arasında Azərbaycan Birinciliyi - 2013 -I- yer.

10. Bayramov Zirəddin - Respublika Çempionatı - Bakı-2014 -I- yer.

11. Vahidli İslam Elnur - Yeniyetmələr arasında Respublika Birinciliyi - Balakən-2014 -I- yer.

12. İsgəndərov Elnur Vidadi- Beynəlxalq turnir - Gürcüstan-2015 -I- yer.

13. Yaqubov Etibar - Beynəlxalq turnir - Gəncə-2015 -I- yer.

14. Məmmədov Həsən - Beynəlxalq turnir - Gürcüstan-2015 -I- yer.

15. Zamanlı Elmin - Beynəlxalq turnir - Gürcüstan-2015 -II- yer.

16. İsgəndərov Fail - Yeniyetmələr arasında Dünya Birinciliyi - Sareveya-2015 -III- yer.

17. Dostiyev Qismət - Beynəlxalq Turnir - Gürcüstan-2015 -III- yer.

18.  Məmmədov Samir - Beynəlxalq Turnir - Gürcüstan2015 -I- yer.

19.  Atakişiyev Ellər- Beynəlxalq Turnir - Gürcüstan-2015 -I- yer.

20.  Allahverdiyev Nurxan - Beynəlxalq Turnir - Gürcüstan-2015 -II- yer.

21. İsgəndərov Fail -Yeniyetmələr arasında Dünya Birinciliyi - Gürcüstan-2016 -I- yer.

                                     
Yunan-Roma güləşi

1. Bəkirov Ülfət Atəş - Respublika Çempionatı - Bakı-2013 -I- yer.

2. Əsədov İmran Nüsrət - Respublika Çempionatı - Balakən-2013 -I- yer.

3. Bəkirov Sarı Atəş - Respublika Çempionatı - Gəncə-2013 -I- yer.

4. Muradov Röyal Vidadi - Beynəlxalq turnir - Bakı-2014 -II- yer.

5. Məmmədov Rəşad İlqar - Avropa Çempionatı - Kuba-2014 -III- yer.

6. Mehdiyev Məmməd Yasin -  Respublika Çempionatı - Bakı-2015 -I- yer.

7. Bəkirov Sarı Atəş - Beynəlxalq turnir - Rusiya-2015 -II- yer.

8. Muradov Röyal Vidadi -  Beynəlxalq turnir - Bakı-2015 -II- yer.

9. Muradov Röyal Vidadi -  Respublika Çempionatı - Bakı-2015 -I- yer.

10. Məmmədov Rəşad İlqar - Beynəlxalq turnir - İran-2015 -II- yer.

11. Məmmədov Rəşad İlqar - Beynəlxalq turnir - Belarusya-2016 -I- yer.

12. Məmmədov Rəşad İlqar - Beynəlxalq turnir - Gürcüstan-2016 -I- yer.

13. Abdullayev Emin Zülfiqar - Yeniyetmələr arasında Azərbaycan Birinciliyi - Balakən-2017 -I- yer.

14. Mustafayev Afsər Mikayıl-Yeniyetmələr arasında Azərbaycan Birinciliyi - Balakən-2017 -I- yer.

 

Boks

1. Bayramov Aslan Tofiq - Yeniyetmələrin Dünya Birinciliyi - Bakı-2003 -I- yer

2. Əliyev Coşqun Ceyhun - Avropa Birinciliyi - İrlandiya-2011 -III- yer.

3. Aslanlı Asəf  Vasif - Neft ölkələrinin Dünya Çempionatı - Rusiya-2014 -III- yer.

4. Həsənov Orxan Xəqani - Respublika Çempionatı - Bakı-2015 -I- yer.

5. Məmmədov Xalid Eldar - Respublika Çempionatı - Bakı-2015 -I- yer.

6. Həsənov Ruslan Əbülfət - Respublika Çempionatı - Bakı-2015 -I- yer.

7. Həsənov Orxan Xəqani - Beynəlxalq Turnir - Rusiya Federasiyası Nalçik şəhəri-2017 -I- yer.

 

Taekvondo

1. Hüseyinli Sabirə Sabir - Yeniyetmələrin Respublika Birinciliyi - Sumqayıt-2015 -I- yer.

2. Qafarova Elnarə - Beynəlxalq Turnir - Qəbələ-2015 -I- yer.

3. Mahmudova Gültac - Yeniyetmələrin Respublika Birinciliyi - 2016 -I-yer.

 

Paralimpiya

1. Samir Nəbiyev Züfü - IV İslam Həmrəyliyi Oyunları - Bakı-2017 -I- yer

 

Futbol

1. AFFA-nın təşkil etdiyi Azərbaycan Çempionatı - 2016-2017 - sezonunda Şəmkir Gİİ-UGİM-nin 13 yaşlılardan ibarət komandası Qərb zonasında  I-yer.

ŞƏMKİR RAYON İDMAN OBYEKTLƏRİ HAQQINDA
MƏLUMAT

 

S/S  Müəssisənin adı

 Ünvanı

 Direktorun adı,soyadı, Atasının adı  İş telefonları
1  Şəmkir rayon Gencler və İdman İdarəsi  AZ 5700 Şəmkir şəhəri, İpək yolu bina №1  İsmayılov Emin Həsən oğlu  050 295-74-74
2  Şəmkir Olimpiya İdman kompleksi  AZ 5700 Şəmkir şəhəri, İpək yolu bina №1  Mirəliyev Mövlüd Mustafa oğlu  050 296-00-66
3  Uşaq Gənclər İdman Məktəbi  AZ 5700 Şəmkir şəhəri, S. Vurğun küç. №186  Mahmudov Namiq Zirəddin oğlu  050 416-99-66
4  Uşaq Gənclər İdman Şahmat Məktəbi  АZ 5700 Şəmkir şəhəri, S. Vurğun küç, ev 117    

 

Keçidlər