Şriftin ölçüsü :

Saytın rəngi :

"BİZİ, AİLƏMİZİ QORUYAN İNSANLAR BAŞIMIZIN TACIDIR"

28 iyun 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qarabağ müharibəsi əlilləri, veteranları ilə görüş keçirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qarabağ müharibəsi veteranları ilə səmimi görşdən məmnun olduğunu bildirib: “Sizin içərinizdə olmaqdan, sizinlə belə səmimi əməkdaşlıq etməkdən qürur duyuram. Arzu edirəm ki, bizim görüşlərimiz xoş günlərə, zəfər bayramlarına təsadüf etsin”.

Görüş zamanı Alimpaşa Məmmədov rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdırdI: “Sizin problemlərinizi həll etmək bizim borcumuzdur”.

Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının gənclərə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan Alimpaşa Məmmədov onlara bütün bu işlərdə uğurlar arzulamış, Şəmkir rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlərdə Qarabağ müharibəsi veteranlarının hər zaman öndə olacaqlarını vurğulayıb: “Mən hər zaman demişəm, yenə də bildirirəm ki, bizi, ailəmizi qoruyan insanlar başımızın tacıdır.“

Görüş zamanı Alimpaşa Məmmədov bildirib ki, ölkəmizdə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlər həyata keçirilir: “Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub: “Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir".

İcra başçısı bildirib ki, bütün bunlar da son deyil. Hazırda dövlət müharibə əlillərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsini gücləndirmək məqsədilə ardıcıl tədbirlər görür və yaxın gələcəkdə daha bir neçə yeniliyin şahidi olacağıq".

Görüşdə çıxış edən "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Şəmkir rayon şöbəsinin sədri Müsahib Zeynalov son illər ölkəmizdə və rayonumuzda əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb: "Bu gün Qarabağ qazilərinə Şəmkir rayonunda göstərilən diqqət danılmazdır. Ali Baş Komandan İlham Əliyevin bizimlə bağlı tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinizə, bizlərə göstərdiyiniz diqqətə, ən əsası isə dövlətimizin Aprel Zəfərində vətən üçün canından keçən Aprel şəhidlərinə verdiyiniz dəyərə görə sizə dərin təşəkkürümüzü bildiririk. Qarabağ qaziləri bizim başımızın tacıdır deməyiniz bizim üçün hər şeydən qiymətlidir”.

Görüş zamanı Qarabağ müharibəsi veteranları xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını qeyd diblər.

Görüşün sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin eləcə də Şəmkirdə hərbi vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Fədai” medalı ilə təltif edilib.

Sonda xatirə şəkili çəkdirilib.

Keçidlər