Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH BAŞÇISI QARABAĞ QAZİLƏRİ TƏRƏFİNDƏN "FƏDAİ" MEDALI İLƏ MÜKAFATLANDIRILDI

28 iyun 2018 | 16:00

 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov “Fədai” medalı ilə təltif edilib.

Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi mükafata Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin eləcə də Şəmkirdə hərbi vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə layiq görülüb.

Mükafat icra başçısına "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Şəmkir rayon şöbəsinin sədri Müsahib Zeynalov tərəfindən bu gün Qarabağ müharibəsi veteranları ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun görüşündə təqdim edilib.

Keçidlər