Şriftin ölçüsü :

Saytın rəngi :

"Onlar bizim fədakarlarımızıdır" - Alimpaşa Məmmədov

20 iyun 2018 | 16:00

Xəbər verdiyimiz kimi iyunun 20-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun Bayramlı kəndində səyyar görüş-qəbulu keçirilib.

Səmimi söhbət şəraitində keçən görüşdən sonra rayon İcra Hakimiyyətinin başçısını Bayramlı kəndində yerli sahibkarların maliyyə dəstəyi ilə inşa edilən İdman Kompleksində aparılan işlərlə yaxından tanış olub.

İş icraçısı Ceyhun Abbasov kompleksdə aparılan işlər barədə icra başçısına ətraflı məlumat verib.

İş icraçısı bildirib ki, bu gün ölkəmizdə idmana xüsusi diqqət göstərilir və Bayramlının xaricdə yaşayan iş adamları da Şəmkir gəncliyinin sağlam böyüməsi üçün bu inkişafda pay sahibi olmaq istəyirlər: “Cənab Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində bu gün idmançılarımız dünya arenalarında yüksək nəticələr göstərirlər. Şəmkirdə də idmanın inkişafı üçün böyük işlər görülür. Ona görə də xaricdə yaşayan iş adamlarımız çalışırlar ki, ölkəmizin, Şəmkirin inkişafında və gözəlləşməsində pay sahibi olsunlar”.

Görülən işləri yüksək qiymətləndirən Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov isə öz növbəsində iş adamlarına dərin təşəkkürünü bildirib: "Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev hər zaman idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır.

Dövlətimizin, ölkə rəhbərimizin bu istiqamətdə gördüyü işlərə yaxından dəstək olduğu üçün bütün xaricdə yaşayan iş adamlarımıza minnətdarıq. Onlar bizim fədakarlarımız, qəhərəman qardaşlarımızdır. Çünki onlar evindən, ailəsindən uzaqlarda Azərbaycanın adını hər zaman uca tuturlar”.
Görülən işlərdən razı qalan rayon rəhbərliyi bir sıra tövsiyələr verib, aidiyyəti qurumlara işlərin gedişatında lazımi dəstəyin göstərilməsi istiqamətində tapşırıqlar verib.

Keçidlər