Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə konsert keçirilib

20 iyun 2018 | 16:00

Şəmkirdə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə konsert keçirilib

Azərbaycan Silahlı Qüvvələri — təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarətdir.

Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi.
Müasir Azərbaycan ordusu 1993-cü ilin sonlarında yaradılıb. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib və hər il Azərbaycan xalqı bunu bayram edir.

Bu münasibətlə N saylı hərbi hissənin təşkilatçılığı ilə Şəmkir Rayonunun mərkəzində yerləşən Bayraq Meydanında konsert keçirildi. Bayram tədbirində əsgərlərə və ictimaiyyət nümayəndələrinə Xalq artisti Azərinin ifasında musiqilər təqdim edilib.

Tanınmış müğənni öz ifası ilə konsert iştirakçılarına xoş ovqat yaradıb, vətənimizin keşiyində duran əsgərlərimizin sərhəddə keçirdikləri bu çətin həyata az da olsa rəng qatmağa çalışəb. Təqdim edilən rəngarəng musiqi nömrələri altında əsgərlər ruh yüksəkliyi ilə rəqslər ediblər.

Keçidlər