Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Ramazan bayramıdır

15 iyun 2018 | 16:00

Əziz şəmkirlilər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimizi yetiririk.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.

Biz şəmkirlilər də dövlətimizi, dövlətçiliyimizi çox sevirik və inanırıq ki, biz birlikdə gücünüzü ölkəmizin quruculuğunun inkişafına və irəli getməsinə yönəldəcəyik. Biz hamımız bütöv və güclü, eyni zamanda çiçəklənən Azərbaycanda yaşayırıq.

Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi dövlətimizin multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməsini nümayiş etdirir.

İnanırıq ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini sevimli xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlar!

Bu əziz gün münasibətilə bütün şəmkirlilərə, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımıza səmimi bayram təbriklərimizi çatdırır, ailələrinizə firavanlıq və xoşbəxtlik, süfrələrinizə xeyir və bərəkət arzulayırıq.

Bayramınız mübarək!

Şəmkir Rayon İcra Hakimiyyəti

Keçidlər