Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr məharətləri ilə izləyənləri heyran etdilər - "Bağçanın təqdimatı"

09 iyun 2018 | 16:00

Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçanın təqdimatı" başlığı altında layihə həyata keçirilir.

Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayon Dəllər qəsəbə körpələr evi-uşaq bağçasının fidanları ediblər.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

Dəllər qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının körpə fidanları bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.

Balaca Mahinur Rüstəmlinin tədbirin sonunda dediyi şeiri bütün zal ayaqda alqışlayıb.

Körpələrin məharətlərinə heyran qalan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.

Keçidlər