Şriftin ölçüsü :

Saytın rəngi :

Daşbulaq ağsaqqallarının istəkləri gerçəkləşdi

08 iyun 2018 | 16:00

Xəbər verdiyimiz kimi, mayın 16-da Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun rayon Daşbulaq kəndində vətəndaşlarla səyyar qəbul-görüşü keçirilib.

Səmimi görüş zamanı Daşbulaq kəndinin ağsaqqalları Prezident Cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını çatdırıb, Şəmkirdə Cənab Prezidentin siyasətini uğurla icra edən Alimpaşa Məmmədova sakinlər adından dərin təşəkkürlərini bildiriblər.

Sakinlər qeyd edib ki, Daşbulaq kəndi fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur. Ağsaqqallar xüsusi vurğulayıb ki, ötən il Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun kəndə səfərindən sonra yollar da düzəldilib. Amma dağ kəndi olduğundan yağıntılar kəndə gələn yolda gediş-gəliş üçün yenidən problem yaradır. Kənd ağsaqqallarının icra başçısında tək istəkləri isə, həmin yolun yenidən təmir edilməsi olub.

Səyyar qəbul-görüş zamanı Şəmkir RİH başçısı Alimpaşa Məmmədov sakinlərə kəndə gələn yolun qısa zamanda təmir ediləcəyinə söz verib.

Artıq rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq tapşırığına əsasən Daşbulaq kəndinə gedən yolda təmir işləri başa çatıb.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər