Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sakinlərlə görüşüb

06 iyun 2018 | 16:00

“Azərbaycan xalqının xeyirxahı, bütün ölkəmizdə olduğu kimi Şəmkirdə də aparılan quruculuğun böyük himayədarı Prezident İlham Əliyevin Şəmkir rayonuna göstərdiyi diqqət və qayğı hər gün daha da artır. Bu da Şəmkirin sürətli inkişafına təkan verir”.

Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün Yeni Göyçə kəndinin sakinləri ilə səyyar qəbul-görüşdə deyib.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir.

Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Yeni Göyçə kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Görüşdə çıxış edən kənd ağsaqqalları Cənab Prezident İlham Əliyevin sərəncəmaı ilə tikilən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun çəkilməsinin kəndləri üçün nə dərəcədə önəmli olduğundan xüsusi vurğulayıblar.

Keçidlər