Şriftin ölçüsü :

Saytın rəngi :

Xaricdə təhsil alan şəmkirli tələbələrdən təbrik videoları - YENİ LAYİHƏ

06 iyun 2018 | 16:00

Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olundu.

Bunun nəticəsi olaraq ölkənin hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər keçirildi.

Şəmkir Rayonunda da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəmliyi ilə seçilən "Şəmkir konfransı 2018" diqqətləri özünə cəlb etməyi bacardı.

Eyni zamanda tədbirlər planına uyğun olaraq Şəmkirdə müxtəlif elmi-kütləvi, mədəni, idman yarışları keçirildi.

Şəmkirdə bu gün də belə tədbirlər gündəmdə saxlanılır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə – Almaniya, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı.

Bu həftəki mövzumuz da bununla əlaqədar olacaq. Belə ki, bu gün dünyanın demək olar ki, bütün ölkələrində təhsil alan azərbaycanlı tələbələr var. Onlar arasında Şəmkirdən olanların da sayı az deyil.

Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi də 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması ilə əlaqədar bu həftəni xaricdə təhsil alan şəmkirli tələbələrə aid edəcək. Onlar təbrik videolarını çəkərək bizə göndərəcək və səhifəmizdə yayımlayacağıq.

Bu gün ilk qonağımız Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayan Aytac Həsənovadır.

Aytac Həsənova Moskva Dövlət Humanitar Universitetinin Jurnalistika fakültəsini bitirib. Мoskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR)fəal üzvlərindən olub.

https://www.youtube.com/watch?v=zt0CQAYykwE

Keçidlər