Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılıq Şəmkirdə diqqət mərkəzindədir

05 iyun 2018 | 16:00

Ölkəmizdə baramaçılığın inkişafı şəmkirli kümçülərin də bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə sövq edib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun Dəllər-Cəyir və Sarıtəpə kəndlərində yerləşən kümxanalara baxış keçirib.

Kümçülərlə səmimi söhbət edən rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, bu gün Şəmkirdə baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var: “İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəmkir rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir”.

Görülən işlərdən razı qalan icra başçısı bildirib ki, baramaçılıq ən gəlirli sahələrdən biridir və gələcəkdə gənc ailələrin bu işə cəlb edilməsi üçün təkliflər hazırlanacaq.

Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payızında Şəmkir rayonu ərazisində 86 min ədəd tut tingi əkilib. Ötən il rayon üzrə 5.1 ton barama istehsal olunub. Bu il isə məhsuldarlığın 12 tona çatacağı ehtimal edilir.

 

Keçidlər