Şriftin ölçüsü :

Saytın rəngi :

Konfrans iştirakçıları Şəmkirlə tanış oldular

04 iyun 2018 | 16:00

Xəbər verdiyimiz kimi Şəmkirdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm elmi-praktiki konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edirdi.

Hər kəsin diqqətini çəkən möhtəşəm konfransından sonra AMEA-nın tarix institutunun əməkdaşları Şəmkirlə yaxından tanış olublar.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, akademik Yaqub Mahmudov, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu və digər qonaqlar Şəmkir Tarix-Diyarşünaslıq müzeyinə, Şəmkir şəhərində yerləşən alman lüteran kilsəsinə baxıb, Şəmkirçay dəryaçası və “AzForel” balıqçılıq təsərrüfatı ilə yaxından tanış olublar.

Təsərrüfat barədə qonaqlara ətraflı məlumat verilib, bildirilib ki, "Azfarel"in məhsulu dünya bazarına çıxarılacaq. Artıq indidən qonşu ölkələrdəki balıq bazarları "Azfarel"in məhsulunun alıcısı olmağa çalışırlar.

Gördüklərindən heyrətə gələn qonaqlar Şəmkirdə görülən işləri yüksək qiymətləndirib, səmimi qəbula görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürlərini bildiriblər.

Keçidlər