Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısına İLESAM tərəfindən mükafatlandırıldı

01 iyun 2018 | 16:00

Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə Şəmkirdə VIII Beynəlxalq Şairlər Günü qeyd çərçivəsində Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Türkiyə Elm və Ədəbiyyat Sahibləri Birliyi- “İLESAM” tərəfindən Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində və Türk dünyası ədəbiyyatında önəmli xidmətlərinə görə mükafatlandırılıb.

 

 

Keçidlər