Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Müəllimlər Birliyin"dən təqdirəlayiq addım

26 may 2018 | 16:00

Şəmkir “Gənc Müəllimlər Birliyi”nin təşəbbüsü ilə “Xeyriyyə yarmarkası” təşkil edilib.

Yarmarkada məktəblilərin çəkdiyi rəsm əsərləri, hazırladıqları əl işlərindən ibarət müxtəlif bəzək əşyaları, suvenir, maket və başqa maraqlı əsyalar satışa çıxarılıb.

Xeyriyyə yarmarkasında məktəblilərin ifasında canlı musiqilər səsləndirilib.

Yarmarkada həmcinin gənc müəllimlər birliyində üzv olan Skautlar assosasiyasının nümayəndələri maraqlı oyunlar təşkil ediblər. Həm böyüklərin, həm də uşaqların səbirsizliklə gözlədiyi bu yarmarka şəhərdə əsil bayram əhval ruhiyyəsi yaradıb.

Şəmkir "Gənc Müəllimlər Birliyi”nin sədri Kənan İbrahimov bildirib ki, yarmarkanın keçiriliməsində əsas məqsəd Şəmkir Distant Təhsil mərkəzində inkulizv təhsilə cəlb olunmuş fiziki qüsurlu şagirdlərə əldə olunan gəlirdən ramazan bayramı münasibəti ilə hədiyyələr təqdim etməkdir. Xeyriyyə yarmarkasında rayon rəsmiləri, təhsil şöbəsinin rəhbərliyi, müəllimlər, şagirdlər və şəhər əhalisi iştirak ediblər.

Keçidlər