Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş futbol üzrə Şəmkir birinciliyi başa çatıb

26 may 2018 | 16:00

Şəmkir Olimpiya İdman Kompleksində Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə uşaqlar arasında futbol üzrə rayon Birinciliyinin final qarşılaşmaları keçirilib.

Turnirin son günündə “Kür qəsəbə” 1-ci, “UGİM” 2-ci, “Şəmkir” komandası isə 3-cü yerin sahibi olub.

Qaliblər Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlarla təltif edilib.

Mükafatlanma mərasimində Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Davud Süleymanov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, rayon Gənclər və İdman idarəsinin UGİM-nin direktoru Namiq Mahmudov qalibləri təbrik edərək, gələcək işlərində uğurlar arzulayıblar.

Keçidlər