Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün tədris kursu təşkil edilib

24 may 2018 | 16:00

Mayın 24-də Ədliyyə Akademiyası tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir regional ədliyyə şöbəsi ilə birgə Şəmkir şəhərində yerli və ətraf rayonlarının bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edilmişdir.

Tədbirdə İştirak edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev qonaqları salamlayıb və tədris kursunun işində onlara uğurlar arzulayıb.

Bələdiyyə sədrləri və qulluqçularının iştirak etdiyi tədris kursunda Ədliyyə Akademiyasının ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, I dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidov tərəfindən “Bələdiyyə qulluqçularının etik davranışı”, Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi Qalib Məmmədov tərəfindən “Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət Əsgərova tərəfindən “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”,Bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hüquqi hazırlıq fakultəsinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev tərfindən “Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri” mövzularında mühazirələr oxunmuşdur.

Təlimin sonunda dinləyicilərə keçirilən mövzulara münasibətlərini öyrənmək məqsədilə sorğu keçirilmişdir.

Keçidlər