Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 95 illiyi Şəmkirdə təntənəli anıldı

10 may 2018 | 16:00

əmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mükafatçısı Çaparlı kənd 2 saylı tam orta məktəbin XI sinif şagirdi Aynur Məmmədova dahi siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nitiqini söyləyib. Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Konsert tədbirinə Şəmkir rayonunun müxtəlif məktəblərini təmsil edən 600- yaxın şagird cəlb edilib. Məktəblilərin ifasında Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş kompozisiyalar səsləndirilib. Tamaşaçılar məktəblilərin hazırladıqları kompozisiyaları ayaq üstə alqışlayıblar.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıb. İcra başçısı vurğulayıb ki, umummilli liderin adı hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və digər yüksək insani dəyərləri ilə unudulmaz iz buraxıb. Azərbaycan xalqının çox əsrlik tarixinin son yüzilliyində yetirdiyi dahi və ən böyük şəxsiyyəti olan Heydər Əliyevin öz xalqı və dövləti qarşısında xidmətləri misilsiz olub. Ulu öndər Azərbaycan adlı bir müstəqil dövlət qurub, onun sabitliyini, dönməzliyini təmin edib, Milli mənəvi dəyərlərimizə qayıdışın, Milli özünüdərkin əsasını qoyub. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində xalqımız böyük uğurlar qazanıb. Ulu öndərimizin ölməz ideyaları bu gün Cənab Prezident İlham Əliyevin siyasətində öz əksini tapıdığını qeyd edib.

 

Keçidlər