Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirli iş adamından nəcib təşəbbüs

05 may 2018 | 16:00

Ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.

Bu gün bu mövzuyla xəbər təqdim etməyimiz heç də təsadüf deyil. Belə ki, bu dəfə də nəcib əməlli şəmkirli sahibkardan danışacağıq.

Bu Həsənov Müsbət Müzəffər oğludur. Müzəffər Həsənov 1960-cı ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olub. Ailəlidir, 3 övladı var.

Həsənov Müsbət Müzəffər oğlu 2000 ci ildən sahibkarlıqla məşğuldur.

Eyni zamanda yaşadığı kəndə xeyriyyəçi əməlləri ilə tanınır. O aztəminatlı ailələrə hər zaman yardım edir, onlara əl tutur.

Bu günlərdə isə haqqında danışdığımız bu xoşniyyətli sahibkarımız daha bir xeyriyyəçi əməli ilə insanların rəğbətini qazanıb. Belə ki, Müsbət Həsənov yaşadığı Qapanlı kəndinin daxili yollarını və həmin kənddən Kür qəsəbəsinə gedən yolun 7 km hissəsini öz vəsaiti hesabına 200 yük maşını çınqıl daşlar tökdürərək təmir etdirib.

 

Keçidlər