Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar Şəmkir Şəhər Parkında gül əkiblər - "Təmiz şəhər"

03 may 2018 | 16:00

Bu gün Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları “Təmiz şəhər” aksiyasını təşkil ediblər.

Aksiya Şəmkir Şəhər Parkında keçirilib. Mütəxəssislər uşaqlara gül əkmək, təbiətə qulluq etmək qaydalarını öyrədiblər. Sonra körpələr gül əkib, onları sulayıb və parkdakı təmizlik işləri ilə tanış olublar. Balacalar bundan sonra istədikləri vaxt parka gedib həmin güllərə qulluq edə bilərlər.

Aksiya uşaqlarda yaşıllıq sahələri salmaq və təbiəti qorumaq mədəniyyətinin formalaşdırılması məqsədi daşıyıb. Xüsusən də gələcəyimiz olan uşaqlarda ətraf mühitin qeydinə qalmaq, onu təmiz saxlamaq, tullantılarla zibilləməmək vərdişləri aşılanıb.

Keçidlər