Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir gənclərinə etimad yüksəkdir - Daha bir gənc vəzifəyə təyin edildi

02 may 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bunun nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.
Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Hüseynov Araz Fərman oğludur.

23 dekabr 1985-cu ildə Şəmkir şəhərində dünyaya gələn Araz Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetinin memarlıq fakültəsini bitirib. Ailəlidir, 2 övladı var.

Hüseynov Araz Fərman oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Araz Hüseynovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər