Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir əhalisinin sayı açıqlandı

30 aprel 2018 | 16:00

Şəmkir rayonunun əhalisinin sayı 2018-ci ilin birinci rübünün yekununa olan məlumata görə 215 min 462 nəfərə çatıb.

Cari ilin 3 ayı ərzində rayonda 676 nəfər körpə dünyaya gəlib, 326 ölüm halı qeydə alınıb.

Bu ilin yanvar-mart aylarında 98 nəfər rayonda qeydiyyata alınıb, qeydiyyatdan çıxanların sayı 11 nəfər olub. Əhalının təbii artımı +350 nəfər, miqrasiya artımı +87 nəfər, ümumi artım rayon üzrə +437 nəfər olub.

2018-ci ilin ilk üç ayı ərzində Vətəndaşların Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanları tərəfindən 157 nigah qeydə alınıb.

Keçidlər