Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələrdən şahmatçılara maraqlı hədiyyə

25 aprel 2018 | 16:00

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçirib.

Seansda Şəmkir “Gənc Tərbiyəçilər Birliyi”nin üzvləri və bağça uşaqları da şahmatçılarla görüşdə iştirak ediblər. Körpələr şahmatçıları mənsub olduqları ölkənin milli geyimində qarşılayaraq onlara Azərbaycanı tanıdan suvenerlər hədiyyə ediblər.

Yeniyetmə şahmatçılarla görüşdə isə həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, eləcə də dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara iştirak edib.

Keçidlər