Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısına "Məktəblilərin Dostu" mükafatı verildi

25 aprel 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun Düyərli kəndində yerləşən 2 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb.

Rayon İcra Hakimiyyətinin başçısına öz məharətlərini göstərən məktəblilər tədbirin sonunda Alimpaşa Məmmədova qayğıkeş rəhbər kimi “Məktəblilərin Dostu” mükafatını veriblər.

Mükafata görə təşəkkürünü bildirən icra başçısı Azərbaycan təhsilinin yüksək nailiyyətlər qazanmasında ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd etmiş, məktəbin pedaqoji kollektivinə və şagirdlərə dərin təşəkkürünü bildirib.

Keçidlər