Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədyarov son pillədən qurtulmaq arzusunda, Rəcəbov Liren, Məmmədov Karyakin sınağında

23 aprel 2018 | 16:00

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Shamkir-ih.gov.az xəbər verir ki,  yarışda bu gün V turun oyunları təşkil olunacaq.

Yığmamızın liderlərindən Şəhriyar Məmmədyarovla Rauf Məmmədov ağ fiqurlarla oynayacaq. Onlar müvafiq olaraq, Aniş Giri və Sergey Karyakinlə üz-üzə gələcəklər. Məmmədyarov qalib gələcəyi halda, autsayderliyi təhvil verəcək.

Digər həmyerlimiz Teymur Rəcəbov isə qara fiqurlarla Dinq Lireni sınağa çəkəcək. “Sülhsevər oğlan”ın bu gün də ənənəsinə sadiq qalacağı gözlənilir.

“Shamkir Chess 2018”


V tur


23 aprel

Dinq Liren (Çin, 2778) - Teymur Rəcəbov (Azərbaycan, 2748)


Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Aniş Giri (Hollandiya, 2777)


David Navara (Çexiya, 2745) - Veselin Topalov (Bolqarıstan, 2749)


Rauf Məmmədov (Azərbaycan, 2704) - Sergey Karyakin (Rusiya, 2778)


Maqnus Karlsen (Norveç, 2843) - Radoslav Voytaşek (Polşa, 2744)



Turnir cədvəli: Topalov - 2,5 xal, Rəcəbov, Karlsen, Karyakin, Navara, Voytajek, Məmmədov, Giri, Dinq - hamısı 2, Məmmədyarov – 1,5.

Keçidlər