Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc birliklərin birgə layihəsi

20 aprel 2018 | 16:00

Gənc birliklərin birgə layihəsi

Aprelin 20-də Şəmkir şəhər 3 saylı körpələr evi uşaq bağçasında məktəbəqədər tərbiyəçiləri üçün “Məktəb təliminə hazırlıq” adlı təlimlərə start verilib.

Gənc Tərbiyəçilər və Gənc Müəllimlər Birliklərinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

İlk görüşdə rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşıTuranə Məmmədova, Gənc Tərbiyəçilər və Gənc Müəllimlər Birliyinin sədrləri, eləcə də rayonun ayrı-ayrı məntəqələrindən olan uşaq bağçalarının tərbiyəçiləri iştirak ediblər.

“Məktəb təliminə hazırlıq” adlı təlimdə əsas təlimçi Gənc Müəllimər Birliyinin üzvü, Faiq Ələkbərov adına Xanallar kənd tam orta məktəbin psixoloqu Tərlan Muxtarova olub.

Təlimdə məktəbə hazırlaşan uşaqlara psixoloji dəstəyin göstərilməsi ilə yanaşı, onlarda nitqin, təfəkkürün və təxəyyüllün inkişafına təkan vermək üçün, onlarla təşkil olunan lazımı təlim fəaliyyətlərinin mümkün metodikaları haqqıda tərbiyəçilərə məlumat verilib. Xüsusi hipperaktiv pozuntu və kaprizləri olan uşaqlarla təlim işinin fərqli təşkil olunmasını bildirən psixoloq Tərlan Muxtarova, təlim zamanı mövzunu tərbiyəçilərlə müzakirə formasında təşkil edib.

Bundan sonra, təlimlərin mütəmadi olaraq rayon mərkəzində və kəndlərdə keçirilməsi, tərbiyəçilərlə yanaşı, məktəb psixoloqları və xüsusi qonaqların da təlimlərə cəlb olunması nəzərdə tutulub.

Keçidlər