Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc həkimlərdən nəcib təşəbbüs

15 aprel 2018 | 16:00

Azərbaycanda ötən illər ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.

Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.
Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirildiyi dönəmdə Şəmkir rayonunda gənclərə göstərilən diqqət və qayğı tibb sahəsindədə öz əksini tapmışdır.

Bunun bariz nümunəsi kimi 2015-ci ilin ilk günlərində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşəbbüsü ilə Şəmkir “Gənc Həkimlər Birliyi”nin yaradılmasıdır.
Birliyin yaradılmasında əsas məqsəd gənc həkimlərin rayonun ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirakını təmin etməkdir.

Belə ki, yarandığı qısa müddət ərzində Şəmkir Gənc Həkimlər Birliyi rayonun ucqar qəsəbə və kəndlərində vətəndaşlarla səyyari görüşlər keçirmiş, onların tibb sahəsində maarifləndirilməsi istiqamətində geniş işlər görmüş, əhalinin pulsuz tibbi müayinəsini aparmışlar.

Bu günlərdə isə "Gənc Həkimlər Birliyi" rayonun Zəyəm Cırdaxan kəndində 173 nəfər sakinin tibbi müayinəsini həyata keçirib.
Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və "Gənc Həkimlər Birliyi"nə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər