Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir sankinləri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

12 aprel 2018 | 16:00

Şəmkir sakinləri Cənab İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Təbrikdə deyilir:

 

Hörmətli Cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə bütün şəmkirlilər adından təbrik edir, ən xoş arzularımızı çatdırırıq!

Seçkilərdə inamlı qələbəniz Sizin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda gündən-günə artan şəxsi nüfuzunuzun təsdiqidir.

Sizin yürütdüyünüz siyasət sayəsində Azərbaycan Respublikası beynəlxalq arenada daha yüksək səviyyəyə çatmış, ölkənin iqtisadiyyatda, mədəniyyətdə, idmanda və digər sahələrdə uğurları daha inamlı olmuşdur.

Azərbaycanın firavanlığı və çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq

Hörmətlə, Şəmkir rayon sakinləri!

Keçidlər