Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidlərinin anım günündə təsirli anlar

09 aprel 2018 | 16:00

Azərbaycan xalqı hər zaman öz vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, vətəni canından əziz tutmuşdur. Bunu aprel döyüşlərində bu millət uğrunda canından, qanından keçən şəhidlərimiz də göstərdilər.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu millət bir tarix yazdı-“Aprel Zəfəri”.

“Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” - Ali Baş Komandan İlham Əliyev

Bəli, həmin gün Azərbaycanın “Aprel Zəfəri”ndə vətən uğrundan canından, qanından keçən mərd oğullarımız vardı. Onlar qanlarıyla vətənin müdafiəsinə qalxdılar, düşmənə Azərbaycan xalqının qüdrətini göstərdilər.

O, qəhrəman oğulların sırasında Altun Dəmirli və Vusal Alıyev də vardı. Bu igid oğullar Vətən və millət uğrunda canlarından keçdilər. Vətən yolunda şəhid olmağa hazır olan və düşmənə üstün gələn ən mühüm əsaslardan biri “Ölsəm, şəhidəm, qalsam qəhrəman” inancını qoymuşdular qarşılarına. Çünki bu qərəman oğullar yurdunu sevir, millətinə xidmət etməyi şərəfli bir vəzifə bilirdilər.
Bu gün Altun Dəmirlinin əziz xatirəsi doğulub boya-başa çatdığı Şəmkirin Düyərli kəndində anıldı.


Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət vəkili Sona Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, İH başçısı Aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ Qaziləri, kənd sakinləri, şəhidin yaxınları, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak ediblər.

Hərkəs hüzünlüydü şəhid Altun Dəmirlinin hüzurunda. Anasının gözləri hələdə oğlunu gözləyirmiş kimi baxırdı ətrafa. Amma bir də qürurlu ata dayanmışdı. Oğlu ilə fəxr edən ata. Yaraşırdıda ataya o məğrur dayanış. Çünki altun kimi oğul vermişdi vətənə.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da çıxışında atanın belə qururlu və məğrur dayanmağı ilə fəxr etdiyini bildirdi: “Bilirik, çox ağırdır, çəkiləsi dərd deyil! Amma Vətən uğrunda ölən bir insan ən uca məqama yüksəlib. Bu uca məqam hər bir insana qismət olmaz. Yalnız Allah sevdiyi insanları şəhidlik zirvəsinə yüksəldə bilər. İstəyirəm bunu biləsiniz. Sizə çox sağ ol deyirəm ki, belə gözəl bir oğlu böyütmüsünüz.”

Məktəblilərin hazırladığı bədi kompozisyalar da Altun Dəmirlini misralarda anladırdı. Çiyinlərində hələ çanta daşıyan o balaca mirvarilər millətinin mərd oğlunu qəhrəmanlıq şerləri ilə andılar.

Azərbaycanın Aprel zəfərində canından keçən qəhrəman oğullardan biri də Vusal Alıyev idi. O, qəhrəman evladını da Kür Qəsəbəsində andı şəmkirlilər. Hər tərəf üçrəngli bayrağımıza bürünmüşdü. Hər bir bayrağın da arxasında gələcəyin əsgərləri dayanmaşdılar.

Başda rayon rəhbərliyi olmaqla bütün Kür Qəsəbə sakinləri toplaşmışdı şəhid Vusal Alıyevin əziz xatirəsini yad etməyə.
Şəhidin xatirəsinə qəhrəmanlıq şerləri oxunur, tanıyanlar onun mərdliyindən danışırdı.

Şəhid anasının da bir arzusu vardi. Oğlunun qurbanını Qarabağda kəsmək.

Allah arzuna çatdırsın, ana! Əmin ol ki, bir gün qayıdacağıq. Bir gün o qəhramanlıq qoxan Şuşaya, Laçına, Fizuliyə bütün işğalda olan torpaqlarımıza qayıdacağıq.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da çıxışında belə igid oğullarımızla hər kəsin fəxr etməli olduğunu bildirib.

Qeyd edib ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla bir gün belə qəhrəman oğullarımızın sayəsində yenidən öz torpaqlarımıza qayıdacağıq:” Vüqar kimi oğullar sıralarımızdan getsə də, onların ruhu görəcək ki, biz onları heç vaxt unutmamışıq. Bu insanların ruhu o vaxt şad olacaq ki, biz hamılıqla azad edilmiş Qarabağ torpaqlarında tikinti-quraşdırma işləri aparacağıq. Bu gün biz bura ağlayıb-sızlamaq üçün deyil, Vüsalın ruhunu şad etmək üçün yığışmışıq. Başımızı dik tutaq! Şəhid ailəsinin, şəhid atasının ta yanında olduğumuzu göstərmək üçün burdayıq. Şəhidlik zirvən mübarək olsun, Vüsal! Allah rəhmət eləsin!”

Bəli, başımızı dik tutqa çünki bu millət basılmaz. Çünki bizim belə mərd və qəhrəman oğullarımız var, hər zamanda var olacaqlar.

 

Keçidlər