Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirlilərə müjdə- Mərkəzi Xəstəxanada işlər yekunlaşmaq üzrədir

03 aprel 2018 | 16:00

2018-ci ilin yanvarın 29-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı Prezident İlham Əliyev yekun nitqində qeyd etmişdi ki, altı şəhərdə, o cümlədən Şəmkirdə yeni rayon mərkəzi xəstəxanasının tikintisi başa çatmalıdır.

Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaxından nəzarəti və köməkliyi ilə yeni səhiyyə ocağının tikintisi sürətlə aparılır. Rayon rəhbərliyi müntəzəm olaraq tikintiyə baş çəkir, inşaat işlərinin gedişi ilə maraqlanır. Bu da son nəticədə tikintinin sürətlə aparılmasına təkan verir.

Bu gün də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Mərkəzi Xəstəxananın yeni binasında işin gedişatı ilə tanış olub.

İcra başçısına bildirilib ki, hazırda tikinti işləri sürətlə aparılır. Binanın örtük hissəsində tamamlama işləri aparılıb və yekunlaşmaq üzrədir. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri demək olar ki, başa çatdırıblar. Eyni zamanda binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib.

İş icraçısı bildirib ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür.

Binanın ətrafında görülən işlərdən biri də qazanxana binasının tikintisidir. İnşaatçılar bu işi başa çatdırmaq üzrədir. Eyni işlər nasos stansiyasında da həyata keçirilir. Bununla yanaşı, bina ətrafı torpaq işləri də həyata keçirilir ki, o da sona çatmaq üzrədir.

Məlumat üçün qeyd edək ki, 190 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, lor, ginekalogiya, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası üçün inşa edilən yeni binada tikinti işləri nəzərdə tutulduğu kimi və ahəngdar gedir. Bu da yeni tibb ocağının vaxtında istifadəyə veriləcəyindən xəbər verir.

Keçidlər