Şriftin ölçüsü :

Saytın rəngi :

Milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib

26 mart 2018 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da ənənəvi istehsal və emal sahələrinin inkişafı istiqamətində tədbirlər uğurla icra edilir.

“Azərxalça” ASC-nin Şəmkir filialının təsis edilməsi bu istiqamətdə aparılan ən böyük işlərdən biridir.

“Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri 2017-ci ildə başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 100-ə yaxın toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışır.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva “Azərxalça” ASC Şəmkir filialına baş çəkib.

Aynur Abdullayeva xalça fabrikinin iş şəraiti və görülən işlərlə tanış olub, işçilərlə söhbətləşib.

Səmimi söhbət şəraitində keçən görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini bildirib ki, Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur: “Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir.Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərxalça" ASC-nin Şəmkir filialının yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır.”  

Aynur Abdullayeva bildirib ki, xalçaçılıq bizim milli sərvətimizdir: “Siz bu sərvəti qoruyursunuz, bu sənəti yaşadırsınız. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında dövlətimiz də kömək edir ki, bu sənət daimi olsun və nəsildən nəsilə davam etsin.

Bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Burada qadınlar üçün yaxşı iş şəraiti yaradılıb. Çünki qadınların məşğulluğu dövlətimiz üçün çox vacibdir”.

Xalçaçı xanımlar da onlar üçün belə şəraitin yaradılmasına, qayğıya və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər  yaratmısınız.

“Azərxalça” ASC Şəmkir filialının xatirə kitabına ürək sözlərini yazan icra başçısının müavini sonda işçilərlə xatirə şəkli çəkdirib.

Keçidlər