Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” yenidən Şəmkirə gəlir

26 mart 2018 | 16:00

Səyyar “ASAN xidmət” yenidən Şəmkirə gəlir

Martin 28-dən səyyar “ASAN xidmət” Şəmkir şəhəri Heydər Əliyev prospekti 4 ünvanında (Şəmkir Rayon Məhkəməsinin yanı) vətəndaşlara xidmət göstərəcək.

Bir ay müddətində Şəmkir rayonu ilə yanaşı, ətraf rayonlardan olan sakinlər və bu rayonlarda məskunlaşan məcburi köçkünlər ASAN xidmətdən yararlana bilər.

Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi aiddir. Eyni zamanda, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar veriləcək.

 

Keçidlər