Şriftin ölçüsü :

Saytın rəngi :

3 saylı bağçada Novruz şənliyi keçirildi

17 mart 2018 | 16:00

3 saylı bağçada Novruz şənliyi keçirildi

Şəmkir şəhərində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.

Tədbiri iştirak edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva çıxış edərək uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət edilmiş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar,rəqslər ifa edilib, səhnəciklər göstərilib.

Şənliyin ən maraqlı anları isə azyaşlıların “Novruz bayramı” na , yazın və baharın gəlişinə, keçəl ilə kosaya aid şeirlər söyləyləməsi olub.
Tədbirdə uşaqların rəngarəng rəqsləri maraqla izlənib. Uşaqlar Dədə Qorduq və Bahar qız, keçəl və kosa obrazlarını canlandıraraq şənliyi daha da yaddaqalan ediblər.

Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunlaşıb.

Keçidlər