Şriftin ölçüsü :

Saytın rəngi :

Gözəl yol mədəniyyətin göstəricisidi

01 mart 2018 | 16:00

Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol eyni zamanda iqtisadiyyat və həyat deməkdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, yolun rahat olması insanda xoş ovqat yaradır.

Son illər ərzində Azərbaycanın digər bölgələrində olduğu kimi Şəmkir rayonunda da yollar əsaslı şəkildə təmir olunur. Şəhərdaxili yollarda aparılan təmir tikinti işləri ilə yanaşı kənddaxili və kəndlərarası yollar da əsaslı şəkildə təmir edilir.

Hal hazırda Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şəmkir şəhər bələdiyyəsi şəhərin "Posanlı" yaşayış massivində 3(üç) kilometr uzunluğunda yolun təmir işlərini davam etdirir və yolun ensiz olan hissələrini genişləndirir.

 

Keçidlər