Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir gəncliyi dünyaya səsləndi- Unutmadıq! Unutdurmarıq!

26 fevral 2018 | 16:00

Fevralın 26-da Şəmkir rayonunda Xocalı faciəsinin 26-cı ildönümü anılıb.

Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon gəncləri, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 1000-ə yaxın insan iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Bayraq Meydanında Xocalı faciəsi ilə bağlı olan sərgi ilə tanış olublar. Xocalı faciəsinin ildönümünə həsr olunmuş əbədi-bədii kompazisyanı dinləyib. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində şəhər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 1275 adam girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qeyd olunub ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq və hadisəni törədənlər gec-tez cəzalarına çatacaqlar.

Daha sonra Şəmkirdə yerləşən N saylı hərbi hissənin əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon gəncliyinin müşayiəti ilə Xocalı abidəsinə yürüş keçirilib. Unutmadıq! Unutdurmarıq! Şüarları altında keçirilən anım tədbirində rayonun gənclər təşkilatları faəl iştirak ediblər.

 

 

 

Keçidlər