Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısından qonaqlara hədiyyə

22 fevral 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqlara hədiyyələr təqdim edib.

“Dayaq” Mentorluq layihəsi çərçivəsində Şəmkir rayonuna səfər edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, GİZ Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının qrup rəhbəri Gerald Duda, EAP Berlinin direktoru Manuela Moeller və E-box şirkətinin direktoru Şamo Salayevə Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hədiyyələr təqdim edib.

“Dayaq” Mentorluq maarifləndirmə xarakterli layihənin Şəmkir rayonunda keçirilməsindən məmnunluğunu bildirən Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu işdə əməyi keçən təşkilatçılara dərin minnətdarlığını bildirib.

Keçidlər