Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Oxford məktəbində "Açıq qapı günü" olub.

21 fevral 2018 | 16:00

Şəmkir Oxford məktəbində "Açıq qapı günü" olub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və müavini Aynur Abdullayeva Bakı Oxsford məktəbinin Şəmkir filialında keçirilən “Açıq qapı günü”ndə iştirak edib.

Dünya standartlarına cavab verən Şəmkir Oxford məktəbi milli dəyərləri özündə ehtiva etməklə hər zaman yeni layihələrin həyata keçirilməsi, təhsilin yüksək səviyyədə uşaqlara ötürülməsi və şagirdlərin biliklərinin artırılması istiqamətində müsbət rola malikdir.

Şəmkir Oxford məktəbin "Övladınızın təhsildə uğuru sizin təlim-tərbiyə işinə qoşulmağınızdan asılıdır!" müraciəti qonaqlar tərəfindən böyük coşqu ilə dəstəklənib.

Açıq qapı günündə ilk öncə qonaqlar məktəblə tanış olublar. Daha sonra isə məktəbin şagirdləri dünya xalqlarının mahnı və rəqslərini ifa edərək kompozisiyalar təqdim ediblər. Yüksək peşəkarlıqla hazırlanmış konsert qonaqların alqışları ilə qarşılanıb.

Çıxış edən şagirdlər də öz növbəsində gələcək karyeralarında məktəbi, rayonumuzu və xüsusən də xaricdə Azərbaycanımızı layiqli təmsil edəcəklərinə söz veriblər.

Qeyd edək ki, “Baku Oxford School in Shamkir” məktəbinin məzunları təhsillərini Azərbaycanın ali məktəbləri ilə yanaşı Avropa və Amerikanın tanınmış universitetlərində davam etdirirlər.

 

Keçidlər