Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir gəncləri Xocalı qurbanlarının xatirəsini yürüşlə anacaq

20 fevral 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə Xocalı faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı iclas keçirilib.

İclasda Xocalı hadisələri ilə bağlı Şəmkirdə keçiriləcək konfrans, toplantı və mühazirələrin təşkili məsələləri müzakirə edilib.

Rayon ərazisində 26 Fevral günü Xocalı soyqırımının qurbanlarının xatirəsinin böyük ehtiramla anılması və bu dəhşətin dünyaya çatdırılması istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.

Ən böyük tədbir isə Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı abidəsinin önündə planlaşdırılır.

Rayon ictimaiyyətinin, xüsusilə də gənclərin fevralın 26-da abidəyə yürüşü, saat 17:00-da isə Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi nəzərdə tutulur.

 

 

Keçidlər