Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİR"dən İNAMLI QƏLƏBƏ

17 fevral 2018 | 16:00

"ŞƏMKİR"dən İNAMLI QƏLƏBƏ

Bu gün yenilənmiş “Şəmkir” Futbol Klubu AFFA-nın təşkilatçılığı ilə keçirilən “Region Liqası”nda səfərdə Gəncənin "Xəmsə" klubunun qonağı olub.

Matç boyu üstün tərəf olan "ağ-qırmızılar" meydanı qalib tərk etməyi bacarıb.

İlk hissəsi bərabər başa çatan qarşılaşmanın 71-ci dəqiqəsində Qeyrət Qənbərovun zərbəsi qarşısında rəqibin müdafiəçiləri və qapıçısı aciz qalıb.

Hesabda önə keçən "Şəmkir" futbolçuları hücumlarını davam etdirib və 80-ci dəqiqədə Etibar Süleymanov ikinci topu rəqib qapısına vurub.

"Xəmsə" - "Şəmkir" 0:2
Qollar: Qeyrət Qənbərov (71), Etibar Süleymanov(80)

Qeyd edək ki, “Region Liqası”nda rayonumuzu təmsil edən “Şəmkir” Futbol Klubu Şimal Qərb və Qərb zonası üzrə qrupda oynayır və növbəti matçını fevralın 26-da doğma meydanda yenidən "Xəmsə" klubu ilə keçirəcək.

Keçidlər