Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə SHXÇ üzrə Dövlət Xidmətinin işçiləri peşə bayramını qeyd edib

13 fevral 2018 | 16:00

Şəmkir rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü qeyd edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, I müavin Qüdrət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi polkovnik-leytenant Anar Hüseynov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini vurğuladı və Dövlət Xidmətinin rayon şöbəsinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xidmətin Şəmkir rayon şöbəsinin rəisi Anar Hüseynov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Keçidlər