Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Bankının nümayəndə heyəti Şəmkirdə

08 fevral 2018 | 16:00

Dünya Bankı missiyası Şəmkir rayonuna səfər edib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyevin rəhbərlik etdiyi heyət Dünya Bankının Şəmkir rayonuna səfər edən nümayəndələri ilə görüş keçirib.

Görüşün əsas məqsədi Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirilməsi ilə həyata keçirilən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi çərçivəsində hazırlanan respublika üzrə bərk məişət tullantılarının idarəedilməsi Milli Strategiyasının icrasının müzakirə edilməsi olub.

Qeyd edək ki, Milli Strategiyaya əsasən ölkəmizin bir neçə rayonları ilə yanaşı Şəmkir rayonu ərazisində məişət tullantılarının zərərsizləşdirilməsi üzrə poliqonun tikintisi nəzərdə tutulur.

Keçidlər