Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə "Ustad dərsi" təlimi keçirildi

06 fevral 2018 | 16:00

Fevralın 6-da Zəka Gənclərin İntelektual İnkişafı və Yaradıcılıq Mərkəzində “Ustad Dərsi” təlimi keçirilib.

“Media və peşəkarlığın inkişafı” mövzusunda baş tutacan təlimdə “Xalq qəzeti”nin Qərb bölgəsi üzrə xüsusi müxbiri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Həsən bəy Zərdabi mükafatı və "Qızıl Qələm" laureatı Hamlet Qasımov təşkilatlarda media ilə əlaqələr, xəbərlərin keyfiyyəti, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin yaradılması və ən başlıcası isə müxtəlif mövzularda informasiya xarakterli yazıların yazılması ilə bağlı təlim keçib.

Təlimdə Şəmkir rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları, gənclər təşkilatlarının rəhbərləri və jurnalistikaya marağı olan fəal gənclər iştirak ediblər.

İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press-relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda peşəkar yanaşması ilə tanış olublar.

Respublikanın Əməkdar jurnalisti Hamlet Qasımov sosial şəbəkələrdən istifadə qaydaları və digər mövzular barədə də iştirakçılara təlim keçib. Təlimdə mediaya marağı olan gənclərin sualları cavablandırılıb, bu sahəyə aid ətraflı müzakirələr aparılıb.

 

Keçidlər