Şriftin ölçüsü :

Saytın rəngi :

Zəyəm qəsəbəsinə yeni icra nümayəndəsi təyin edildi

05 fevral 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Qəsəbənin yeni icra nümayəndəsi Ağayev Aqil Ağa oğludur.
Aqil Ağayev 11 oktyabr 1961-ci il tarixində Şəmkir rayonunun Zəyəm qəsəbəsində dünyaya gəlib. Azərbaycan Texnalogiya Universitetini bitirib.

Müxtəlif vəzifələrdə çalışan Aqil Ağayev son olaraq Zəyəm qəsəbə Poçt Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.

Ağayev Aqil Ağa oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

Eyni zamanda Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müavin və mühasib vəzifələrinə də yeni təyinatlar olub.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Aqil Ağayevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər