Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiyalı iş adamları Şəmkirdə

25 yanvar 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Rusiya Federasiyasından olan qonaqlarla görüş keçirib.

Görüşdə Smolensk Region İxrac Dəstək Mərkəzinin direktoru Astapenkov Maxim Aleksandroviç, "Smolensk İstehsalçıları Birliyi" MMC-nin baş direktoru Donetsk Vladislav Anatolyeviç, "Belarusiya istehsalat şirkəti" MMC-nin təsisçisi Yusifov Səməd Məzahi oğlu və həmin şirkətin icraçı direktoru Yusifov Vüqar Məzahir oğlu iştirak ediblər.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qonaqları salmalayıb və onları Azərbaycanın ən gözəl bölgələrindən biri olan Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı Alimpaşa Məmmədov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini qeyd edib: “Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun, sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir. Dövlət başçısının respublikada sahibkarlığın inkişaf etdirilməsi, bölgələrdə sahibkarlara əlverişli şəraitin yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Hazırda Şəmkirdə sahibkarların fəaliyyətini bir qədər də genişləndirməsi, yeni iş yerləri açması, dünya bazarlarına çıxması üçün hər cür şərait yaradılır, hər cür dəstək göstərilir”.

Rusiyalı iş adamları da öz növbəsində Şəmkirdə olmaqdan məmnun olduqlarını bildriblər. Qonaqlar Şəmkir RİH başçısı cənab Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib, Smolensk vilayətinin qubernatoru Aleksey Vladimiroviç Ostrovskinin salamlarını çatdırıblar.

Daha sonra Region İxrac Dəstək Mərkəzinin direktoru Astapenkov Maxim Aleksandroviç rayona səfərləri barədə ətraflı məlumat verib, Mərkəzin fəaliyyət istiqamətləri haqqında danışıb.

Görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Şəmkirdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.

Rayonda görülən işlər haqqında geniş fikir mübadiləsi aparılan görüşdə Şəmkir rayonunda inşa edilən və tikintisi 2018-ci ildə başa çatdırılması planlaşdırılan Azərbaycanın ən böyük balıqçılıq təsərrüfatı “Azforel” MMC haqqında qonaqlara ətraflı məlumat verilib.

Sonda qonaqlara Şəmkir Rayon İcra Hakimiyyəti adından hədiyyələr verilib. Rusiyali iş adamları da öz növbəsində Smolensk şəhərinə məxsus hədiyyələri rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova təqdim ediblər.

 

Keçidlər