Şriftin ölçüsü :

Saytın rəngi :

"Sahibkarlar bilsinlər ki..." - Alimpaşa Məmmədov

16 yanvar 2018 | 16:00

“Sahibkarlığın inkişafı Azərbaycanda dövlət siyasətidir.Qeyri-neft sektorunun inkişafinda əsas təşəbbüskarlar da sahibkarlardır. Şəmkirdə sahibkarlığın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Bu sözləri Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin 2017–cı ilin yekunlarına dair keçirilən hesabat yığıncağıda bildirib.

İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır.

Cənab Alimpaşa Məmmədov bildirib ki, Şəmkirdə sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasətin prioritetlərindəndir: “Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilmişdir”.

İcra başçısının sözlərinə görə, dövlətin dəstəyi də əsasən bu təşəbbüslərin dəstəklənməsinə, sahibkarlığın inkişafına və uğurlu olmasına yönəlib: “Dövlət başçısının regionlara səfəri və sahibkarlarla şəxsən görüşməsi bir tərəfdən sahibkarlar üçün böyük bir mənəvi dəstək və daim onların yanında olmasını bildirmək, digər tərəfdən isə həmin yerlərdəki şəraitlə şəxsən tanış olmaq, sahibkarlar qarşısındakı çağırışları birbaşa dinləmək və daha sonra ona uyğun müvafiq göstərişlər verməkdir. Ən çətin zamanlarda belə ölkənin iqtisadi inkişaf tempinin yüksəlməsi belə görüşlərin və səfərlərin effektivliyi ilə izah olunmalıdır”.

Cənab Alimpaşa Məmmədov sonda qeyd edib ki, sahibkarlar bilsinlər ki, dövlət hər zaman onların yanındadır: “Bu gün Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da sahibkarlığın inkişaf etdirilməsi, onlar üçün münbit şəraitin yaradılması ən vacib amillərdən biridir. Əgər sahibkarlar dövlətimizin qoyduğu qayda qanunlara əməl edirsə, heç kim onlara süni əngəl yarada bilməz”.

 

Keçidlər