Şriftin ölçüsü :

Saytın rəngi :

Bu kəndlərdə hesabat iclasları keçirildi

13 yanvar 2018 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Dağ Cəyir, Yeni Göyçə, Çaykənd, Dəllər Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2017 – cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Dağ Cəyir, Yeni Göyçə, Çaykənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev, Dəllər Daşbulaq kənd İƏD üzrə nümayəndənin hesabat iclasında isə rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri Ramiz Rəhimov iştirak ediblər.

Kənd sakinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təzəkənd, Şiştəpə, Tatarlı və Sarıtəpə kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Keçidlər